19 fevral 2013 15:31
Nazim Süleymanov: İnterlə Neftçinin oyunu çempionluğun taleyini həll etməyəcək
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 21-ci turunun “Neftçi” və “İnter” klubları arasında baş tutacaq oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Böyükağa Hacıyevin komandası evdə daha yaxşı oynayır, nəinki səgərdə. Amma istənilən halda bu oyun çempionluğun taleyini həll edəcək qarşılaşma deyil. “Neftçi”ni görüşün favoriti hesab edirəm. Onlar çox dinamik və effektli oyun sərgiləyirlər. Son oyunları da bu komandanın yüksəlişdə olduğunu göstərir. Düzdü, “İnter” də bu çempionatda çox uğurlu çıxış edir, birinci yerdə gedir. Mənə elə gəlir ki, bu oyunun taleyini komandaların taktiki hazırlığı həll edəcək”.