19 fevral 2013 15:59
Rəvandan futbolçularına qadağa
“Rəvan”ın litvalı yarımmüdafiəçisi Mindauqas Kalonas Topaz Premyer Liqasının 21-ci turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlamaqdan imtina edib. Azerisport.az saytına müsahibəsində o, bunu klub rəhbərliyinin qoyduğu qadağa ilə əlaqələndirib:
“Bizə mətbuatla ünsiyyət qadağan olunub. Bu, hələlik çempionatın qarşıdakı iki oyununa və kubokdakı qarşılaşmamıza aiddi. Ona görə də danışa bilmərəm. Bu təcrübədən Avropada da istifadə olunur və kifayət qədər normal bir şeydi. Əvvəl oynadığım klublarda da belə halla rastlaşmışam”.