19 fevral 2013 16:15
Lisenziyaların yenilənmə kursu keçiriləcək
Aprelin 11-dən 13-dək Bakı şəhərində A və B kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Kurslarda iştirak etmək üçün tələb olunanlar:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. A/B kateqoriyalı məşqçi lisenziyasını əks etdirən diplom və vəsiqənin surəti
6. Ödəniş məbləği: A - 1000 manat, B - 500 manat
Ödənişlər nağd və ya köçürmə yolu ilə aparıla bilər.
Sənədlərin təqdim edilməsi üçün son tarix aprelin 1-dir.
