20 fevral 2013 17:28

“Təəssüf ki, qarşıya qoyulan məqsədə çata bilməmişik”

"Əlimizdən gələni edirik ki, yaxşı cıxış edək. Amma hələ bu bizdə alınmır". Azerisport.az xəbər verir ki, "Kəpəz"in kapitanı Xəyal Zeynalov klub saytına açıqlamasında belə deyib.
 
Qolkiper uğursuz seriyaya son qoymağa çalışdıqlarını söyləməklə, məşqlərdə çatışmayan cəhətlər üzərində durmadan işlədiklərini bildirib: "Hazırlıq prosesində hər bir futbolçu məşqçilərin tapşırığını qüsursuz yerinə yetirir. Nədənsə oyunlarda özümüzü yaxşı tərəfdən göstərə bilmirik. Yaxşı başa düşürük ki, son pillədən uzaqlaşmalıyıq. Təəssüf ki, qarşıya qoyulan məqsədə çata bilməmişik".
 
Qış fasiləsindən sonra kapitan sarığısına layiq görülən Zeynalov yeni vəzifəsi haqda da danışıb. O, bu məqamın məsuliyyəti artırdığını vurğulayıb: "Mənim üçün doğma klubumda kapitan olmaq qürurvericidi. Komandada məndən əvvəl kimlərin kapitan olduğunu keçmişə baxıb görəndə, adam onlarla eyni cərgədə durduğu üçün şərəf duyur. Bu sarğını daşıyan futbolçu komanda yoldaşları ilə həm baş məşqçi, həm də rəhbərlik arasında körpü olmağı bacarmalıdı".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.