20 fevral 2013 18:12
Neftçidən daha bir yenilik
Topaz Premyer Liqasının 20-ci turunun “İnter”lə oyunu öncəsi “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevlə futbolçuların mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbir oyundan bir gün öncə - fevralın 22-də keçiriləcək və saat 15:30-da başlayacaq.
Qeyd edək ki, mətbuat konfransında Hacıyevlə yanaşı Rəşad Sadiqov və Flavinyonun da iştirakı nəzərdə tutulub. Saat 16:00-da isə komandanın “Bakcell Arena”da açıq məşqi baş tutacaq.
Maraq üçün bildirək ki, “Neftçi” – “İnter” matçı fevralın 23-də keçiriləcək və saat 17:00-da başlayacaq.
