20 fevral 2013 11:30

Yuri Fomenko: Neftçiyə məğlubiyyət İnter üçün faciə olmayacaq

“İnter”in hücumçusu Yuri Fomenko azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri oyundan danışıb, digər sualları cavablandırıb.
 
- Növbəti turda sizi “Neftçi” ilə oyun gözləyir. Bu görüşdən nə gözləyirsiz?
- Çox çətin oyun olacaq. Axı “Neftçi” çempionluğa əsas iddialılardan biridi. Bu, birinci yer uğrunda oyun olacaq. Amma bu, çempionluğun taleyini həll etməyəcək. Sadəcə, bu oyundan sonra çox şeyə aydınlıq gələ bilər.
 
- Sizin üçün ikinci altılığa lider kimi başlamaq çox önəmlidi?
- Əlbəttə. Çünki lider olan komanda özünü daha inamlı hiss edəcək.
 
- Bu görüşün favoriti kimdi?
- Bu, oyunun gedişində bəlli olacaq. Çox az vaxt qalıb. Tezliklə bunu biləcəksiz?

 
- “Neftçi”nin heyətində kimi qeydə edə bilərsiz?
- Onların heyətində fərqləndirilməli çoxlu futbolçu var. Sadiqov, Flavinyo, Kanales, Vobay... Amma biz onların necə oynadıqlarına baxmırıq. Biz ancaq qələbəyə köklənmişik.
 
- Məğlubiyyət “İnter” üçün böyük zərbə olmayacaq ki?
- Əlbəttə, xoşagəlməz olar. Amma bunu faciəyə çevirmək olmaz. Bizim “Neftçi” ilə oyuna böyük motivasiyamız var. Ölkə çempionuna qarşı oynayacağıq. Fikrimcə, biz liderliyə layiq olduğumuzu göstərmişik. Bu dəfə də meydana çıxıb, öz futbolumuzu sərgiləməliyik.
 
- Bəzi mütəxəssislər “İnter”in müdafiə futbolu sərgilədiyini deyir...
- Bir oyunda çoxlu qol vəziyyəti yaratmaq olmaz. Ən yaxşısı budu ki, az vəziyyət yarat, amma ondan maksimum yararlan. Biz müdafiəyə böyük diqqət ayırırıq. Amma bu, o demək deyil ki, çox qol vurmaq istəmirik.
 
- “İnter” belə oyunla nəyə ümid edə bilər?
- Biz öz oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Hədəf Azərbaycan çempionluğudu. Mübarizəmizi həm çempionatda, həm də kubokda sona qədər davam etdirəcəyik.
 
- “Kəpəz”dən sonra “İnter”də oynamaq necədi?
- Burda hər şey fərqlidi. “İnter”də hər şey peşəkar səviyyədədi. Bu baxımdan paytaxt klubu bir baş üstündü. Burda öz üzərində daha çox çalışmaq, avrokuboklarda oynamaq istəyirsən.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.