20 fevral 2013 12:12
“Neftçinin futbolçuları xaricə baxışa getməməlidilər”
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov belə hesab edir ki, bu komandanın üzvləri başqa klublara keçmək üçün baxışa getməməlidilər. Azerisport.az saytına müsahibəsində o, bu məsələ ilə bağlı aşağıdakıları dilə gətirib:
“Bizim futbolçuları xarici klublar da izləyir. Bunu bilirik. Elə “Rubin”in baş məşqçisi Kurban Berdıyev özü də bəyan etmişdi ki, Ruslan Abışovu iki ilə yaxın imiş izləyirmişlər. Ona görə də futbolçularımız xaricə baxışa yollanmamalıdılar, birbaşa müqavilə bağlamağa getməlidilər. Bu, futbolçularımızın özlərinə də kifayət qədər yaxşı təsir edər”.