20 fevral 2013 12:22
Azərbaycan - Portuqaliya: Bilet satışı davam edir (FOTO)
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “28 Mall” Ticarət Mərkəzindən, “Metropark” Ticarət və Əyləncə Mərkəzindən və Park Bulvar Alış-Veriş Mərkəzindən almaq mümkündü.
