20 fevral 2013 12:45

Xəzər Lənkəranda 10-cu türk

Topaz Premyer Liqasının 20-ci  turunun “Turan”la oyunu daha 1 futbolçunun “Xəzər Lənkəran”da debütü ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, matçda komandasının 3-cü qolunu vuran Gökhan Güleç ilk dəfə ağ-yaşıl formada meydana çıxdı.
 
Bu qarşılaşmayadək 157 futbolçu komandada oynamışdısa, türkiyəli legioner bu siyahıya 158-ci kimi daxil oldu. Bu oyunçulardan 14-ü cari mövsüm debüt edib. Güleçə qədər Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas, Akif Tağıyev, Elnur Cəfərov, Antonio Doblas, Alvaro Silva, Marin Orsuliç, Uğur Pamuk “Xəzər Lənkəran” tarixinə düşmüşdü.
 
Gökhan bu tarixdə 97-ci legioner oldu. Digər 61 oyunçu isə Azərbaycan futbolunun yetirmələridir. Milliləşənlər də nəzərə alınmaqla 97-yə çatan legionerlər 34 ölkəni təmsil edir: : Rumıniya – 18, Braziliya – 12, Türkiyə - 10, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, İspaniya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya – hərəsi 1.
 
Siyahıdan göründüyü kimi Güleç “Xəzər Lənkəran”ın 10-cu türkiyəli futbolçusudur. Onlar arasında ən çox oyun keçirən Ayhan Devrandır. Qonşu ölkə təmsilçiləri bu komandada ümumilikdə 146 matç keçirib.
 
Legioner elə ilk oyununda qol hesabını açmaqla “Xəzər Lənkəran”ın qolçular siyahısına da daxil oldu. O, komandanın tarixində fərqlənən oyunçuların sayını 79-a çatdırıb. Güleç “Xəzər Lənkəran”da qol vuran 50-ci legionerdir. Bu əcnəbilər 21 ölkəni təmsil edir. Onlardan 5-i Türkiyəni təmsil edir. Ən məhsuldar türkiyəli Oqtay Dərəlioğlu və həmyerliləri ümumilikdə 26 qol vurublar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.