21 fevral 2013 02:07
Simurq Bakı ilə qarşılaşmaya tam heyətlə hazırlaşır
Topaz Premyer Liqasının 21-ci turunda "Bakı" ilə üz-üzə gələcək “Simurq” hazırlıqları ara vermədən davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün növbəti məşqinə çıxan Georgi Çixradzenini yetirmələri əsasən texniki və takniki çalışmalardan ağırlıqlı tapşırıqlar üzərində işləyib.
Qapıçılar Dmitri Kramarenko, David Petrkeviç və Eyyub Əliyev qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında xüsusi məşq edib.
Hazırda tam heyətlə paytaxt təmsilçisi ilə görüşə hazırlaşan "Simurq" sabah son məşqinə çıxacaq. Bundan sonra istirahətə çəkiləcək komanda qarşılaşmanın başlama vaxtını gözləyəcək.
