20 fevral 2013 15:21

Vüqar Nadirov: Qarabağın hücumçu problemi yoxdu

“Qarabağ” “Rəvan”la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 21-ci turunda Bakı klubunun qonağı olacaq komanda artıq hazırlıqlarını bitirmək üzrədi.
 
Vacib oyun öncəsi “Qarabağ”ın sağ cinah vingeri Vüqar Nadirova tribuna verilib. 25 yaşlı futbolçu öncə “Rəvan”ı dəyərləndirib:
 
“Rəvan” qışdan sonra keçirdiyi hər 2 oyunda qalib gəlib. İstənilən komandaya baş ağrısı yaratmağa qadirdilər. Elə ilk dövrədə baş tutan oyunda da qalib gələ bilməmişdik. Rəqibin cüzi də olsa altılıq şansları qalır.  Ona görə də var güclərini meydana qoyacaqlar. Bilirik ki, bizi çətin oyun gözləyir. Amma təbii ki, meydana 3 xal üçün çıxacağıq”.
 
Nadirov “Qarabağ”dakı rəqabətdən və hədəflərdən də danışıb: “Qışda bir neçə transfer etmişik. Bu istər-istəməz həm komandanı gücləndirib, həm də rəqabəti artırıb. Komandamızın hücumçu probleminin olduğunu düşünmürəm. Hazırda Vaqif ön xəttin sivri ucunda çıxış edir. Cavadov heç də pis təsir bağışlamır. Hələ Subaşiç də var. Ümumiyyətlə, kim oynayırsa oynasın, bizim üçün fərq yoxdu. Hamı çıxıb komandaya fayda verməyə çalışır. Bəli, komandada oynamaq üçün rəqabət var. Amma bizdəki qardaşı rəqabətidi. Meydanda olan da, olmayan da “Qarabağ”a fayda vermək üçün çalışır. Cari mövsüm qarşımıza çempionluq hədəfi qoyulub. Amma bizim hədəfimiz hər matça çempionluq görüşü kimi çıxıb qalib gəlməkdi. “Rəvan”a da məhz istək və arzuyla yanaşırıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.