20 fevral 2013 15:57
“Azərbaycanda bu qədər düşmənimin olduğunu bilmirdim”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubuna keçəndən sonra ölkə mətbuatında onun haqqında gedən bəzi yazılardan kəskin narazılığını bildirib. Azerisport.az xəbər verir ki, o, təvəllüdünü dəyişməsi barədə xəbərlərlə bağlı bunları dilə gətirib:
“Bilmirdim ki, Azərbaycanda bu qədər düşmənim var. Amma məni heç kim yolumdan edə bilməz. Həmin insanlara da minnətdaram. Artıq yeni klubumla müqavilə bağlamışam və hər şey qaydasındadı. Mən təkcə Rumıniyada çıxış edən ilk azərbaycanlı olmayacağam. Hələ bundan da güclü klublara keçəcəm”.