20 fevral 2013 16:24
Bakı Zaqatalaya yola düşdü
“Bakı” Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacağı “Simurq”la oyuna artıq Zaqatalada hazırlaşacaq. Azerisport.az xəbər verir ki, bu gün paytaxt klubu bu məqsədlə səfərə yollanıb.
“Zolaqlılar” bu gün məşq etməyiblər. Sabah komanda Zaqatalada yekun məşqə çıxacaq.
Bu arada AZAL-la oyunu zədə səbəbindən buraxan ispaniyalı yarımmüdafiəçi Mario Rubio sıraya dönüb. Onun qarşıdakı görüşdə meydana çıxması istisna deyil.
Qeyd edək ki, “Simurq” – “Bakı” oyunu fevralın 22-də keçiriləcək və saat 17:00-da start götürəcək.
