20 fevral 2013 16:37

Cem Felek: Çalışıram ki, mən də Mənsimovların inamını boşa çıxarmayım

Azerisport.az sizi “Xəzər Lənkəran”a məxsus olsa da, Almaniyanın “Eitracht” (Frankfurt) klubunun ikinci komandasında icarə əsasında oynayan, eyni zamanda U-17 Azərbaycan yığmasının futbolçusu olan Cem Felekin müsahibəsi ilə tanış edir.
 
- Adın müqavilə ilə “Xəzər Lənkəran”la bağlıdı. Özünü “Xəzər Lənkəran”lı kimi hiss edirsən?
- Mən hal-hazırda Azərbaycan milli komandasında oynayıram. Türkiyədə və ya Azərbaycanda doğulmağımın heç bir fərqi yoxdu. Türkəm, amma qəlbim Azərbaycan üçün də döyünür. “Xəzər Lənkəran” mənə sahib çıxdı, mənə kömək etdi. Mən də bu sevginin qarşılığını “Xəzər Lənkəran”a və Azərbaycana bəsləyirəm.
 
- Hal-hazırda Almaniyada top qovursan. Komandanın mövcud vəziyyəti necədir?
- Düzünü desəm, komandanın hazırkı durumu elə də yaxşı deyil. Mən də bir müddətdi ki, zədəliyəm. Çalışıram ki, tezliklə zədəmi bərpa edərək, performansımı geri qaytarım. O zaman komandaya faydalı olacağıma əminəm. Komandanın da qısa müddətdə daha yaxşı vəziyyətə gələcəyinə ümid edirəm.
 
- Komandadakı rolunu, oyun içindəki yerini necə dəyərləndirirsən? Komandaya faydalı olduğunu düşünürsənmi?
- Mən komandanın ən dəyərli oyunçularından biriyəm. Bunu hamı görür və bilir. Əgər komanda üçün faydalı olmasaydım, bu yerlərə gəlib çıxmazdım. Hal-hazırda komandamın və Azərbaycan millisinin əsas oyunçularından biriyəm. Amma bilirəm ki, öz üzərimdə daha çox çalışmalıyam ki, daha da faydalı olum.
 
- Yeri gəlmişkən, öyrənmək bizim üçün maraqlı olardı; Avropa qrandlarından ən sevdiyin klub, bəyəndiyin məşqçi və ideal hesab etdiyin futbolçu hansılardır?
- Suallarınızı elə verdiyiniz ardıcıllıqla cavablandıracağam: Real Madrid, Joze Mourinyo, Kristiano Ronaldo.
 
- Qayıdaq “Xəzər Lənkəran”a. Klubun sənin yetişməyində rolunu necə dəyərləndirirsən? Bu klub sənə futbolçu olaraq nələr qatdı?
- Əlbəttə ki, “Xəzər Lənkəran”ın mənə əvəzsiz köməyi dəydi. Mübariz Mənsizmov və Mais Mənsimova çox təşəkkür edirəm. Onlar məni oğulları kimi görürlər və məndən heç vaxt dəstəklərini əsirgəmirlər. Mən də çalışıram ki, onların inamını boşa çıxarmayım.
 
- Futbolçu kimi professional gələcəyini necə görürsən?
- İndi bu barədə danışmaq düzgün olmaz. Bunu zaman göstərəcək. Amma mən peşəkar futbolçu kimi formalaşmaq üçün öz üzərimdə işləyirəm. Buna təkcə fiziki məşqlər aid deyil, həm də həyat tərzi çox önəmlidi. Mən məşqlərlə bərabər, yeməyimə, istirahət vaxtlarıma da nəzarət edirəm. Valideynlərim də bunun üçün mənə dəstək olur. İnşallah onların dəstəyi, özümün də zəhmətimlə yaxşı yerlərə gələcəyimi düşünürəm.
 
- Bildiyin kimi, “Xəzər Lənkəran” öz çılğın azarkeşləri ilə məşhurdur. “Xəzər Lənkəran”a dönmədən öncə onlara demək istədiyiniz bir şey varmı?
- Əlbəttə, Azərbaycanda azarkeşlərin futbola marağının günü gündən artması sevindirici haldır. Demək istəyirəm ki, futbolu ürəkdən izləmək çox yaxşı haldır. Azarkeşlər həddi aşmadan, bir-birinə hörmət edərək futbolu izləməyə davam etsinlər. (“Xəzər Lənkəran”ın rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.