21 fevral 2013 17:59
Sumqayıtdan illik hesabat
“Sumqayıt” Futbol Klubunun rəsmi saytı növbəti layihəsini həyata keçirib. Azerisport.az xəbər verir ki, klubun 2011/2012 mövsümündə gördüyü işlərlə bağlı “İllik Hesabat”ın elektoron variantı oxucuların ixtiyarına verilib.
“İllkin Hesabat”da “Sumqayıt” Futbol Klubunun ötən mövsümdə gördüyü işlər barəsində məlumatlar dərc olunub. Təqdim olunan hesabatda hər ayın özünün məlumatları ilə yanaşı, klub haqqında statistik məlumatlar, azarkeşlər və lisenziyalaşma haqqında ətraflı məlumat verilib. “Sumqayıt”ın “İllik Hesabat”ı saytın əsas səhifəsində yerləşdirilib. Bundan başqa, www.hesabat.sfc.az linkinə daxil olmaqla da, “İllik Hesabat”la tanış ola bilərsiniz.
