21 fevral 2013 18:28
Qarabağ Rəvanla oyuna hazırdı
“Qarabağ” “Rəvan”la oyunun hazırlıqlarını yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 21-ci turunda adıçəkilən komandanın qonağı olacaq komanda artıq hazırlıqlarını bitirərək oyun saatını gözləməyə başlayıb.
Premyer Liqanın ilk dövrəsində qolsuz bərabərliyə razılaşan “Qarabağ” bu oyunda yalnız qələbəyə köklənib. “Qarabağ”da Branimir Subaşiçin meydana çıxmayacağı dəqiqdi. Kristian Torres də tam hazır deyil. Buna baxmayaraq Ağdam klubu “Rəvan”la görüşə 3 xal üçün çıxacaq.
Qeyd edək ki, “Rəvan” – “Qarabağ” oyunu sabah 15:00-da “Bayıl Arena”da keçiriləcək.
