22 fevral 2013 19:00
Simurqla Bakı sülh bağladı, Qarabağ çətin qələbəyə sevindi (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 21-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə iki görüş baş tutub.
Turun açılış matçında “Rəvan”la “Qarabağ” qarşılaşıb. Görüş Ağdam təmilçisinin çətin qələbəsiylə başa çatıb.
İlk altılığa düşməyə çalışan digər bir komanda – “Bakı” da “Simurq”un qonağı olub. Qarşılaşma qolsuz bitib.
Topaz Premyer Liqası
21-ci tur
22 fevral
SİMURQ - BAKI - 0:0 (0:0)
Hakimlər: Anar Salmanov Mübariz Haşımov Zeynal Zeynalov Namiq Bəkirov.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
Hər iki komanda ilk dəqiqələrdən fəaldı
"Bakı" bir qədər ehtiyatlı oyuna üstünlük verir və tam güclə hücuma atılmaq istəmir
Qırtımovun uzaqdan zərbəsi qapının üstündən keçir
Popoviç sarı vərəqə alır
Oyun daha çox meydanın mərkəzində keçir
Kiso sarı vərəqə ilə cəzalanır
Şoliçin cərimə zərbəsi qapıçıda qalır
Popoviçin cərimə zərbəsi qapıdan yan keçir
Nuredinoski zədələnsə də, oyunu davam etdirə biləcək
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Bakı" fasilədən sonra daha fəal təsir bağışlayır
Popoviçin cərimə zərbəsi qapıdan yan keçir
Burhardın da zərbəsi dəqiq olmur
Çixradze yarımmüdafiə xəttini gücləndirir
"Simurq" hesabı açmağa çox yaxın olsa da, Bojiç bir neçə metrdən qapıya dəqiq zərbə vura bilmir!
Petrkeviç təhlükəli cərimə zərbəsini çətinliklə də olsa, zərərsizləşdirə bilir
Zrnanoviç sarı vərəqə alır
Futbolçular arasındakı kiçik mübahisə Qurbanovun sarı vərəqə almasıyla başa çatır
Matçın əlavə olunan dəqiqələrində Petrkeviç qaydanı pozduğu üçün penaltiyə səbəb olur
Penaltini Pena yerinə yetirir. Onun ilk zərbəsi dirəkdən dönür. Təkrar zərbəsi zamanı isə hakim qayda pozuntusu qeydə alır. "Bakı"nın ehtiyat oyunçuları hamısı meydana axışır
Matç başa çatır
SİMURQ: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 9. Marçin Burhard, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 19. Nicat Qurbanov, 25. Mario Bojiç, 27. Bəxtiyar Soltanov, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 12. Tomislav Buşiç, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov, 21. Murad Səttarlı.
BAKI: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 27. George Popxadze, 5. Aqil Nəbiyev, 25. Şəhriyar Əliyev, 88. Cavid Hüseynov, 11. Elvin Məmmədov (k), 8. Junior Vilson, 10. Lukas Mario Horvat, 77. Aleksandar Soliç, 24. Marius Pena.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 14. Elvin Əliyev, 6. İbrahim Karqbo, 23. Rauf Əliyev, 22. Risto Ristoviç, 99. Rəhman Hacıyev, 17. Mario Rubio.
RƏVAN – QARABAĞ - 2:3 (1:2)
Qol: R.Almeyda, 6 (0:1), A.Aqolli, 19 (0:2), X.M.Varea, 26 (1:2), M.Kalonas, 59 (2:2), A.Teli, 90+1 (2:3)
Hakimlər: Elçin Məmmədov Rahil Ramazanov Nahid Əliyev Ömər Paşayev.
Hakimlər: Elçin Məmmədov Rahil Ramazanov Nahid Əliyev Ömər Paşayev.
Bakı. Bayıl Arena.
Oyun başladı
6. Rəqib müdafiəsindəki kobud səhvdən sonra R.Almeyda erkən qol vurur - 0:1
9. "Rəvan"ın korner vuruşu uğursuz alınır
15. V.Cavadovun cərimə zərbəsi canlı səddən dönür
17. Almeydanın elə də effektli olmayan zərbəsini qapıçı zərərsizləşdirir
19. Aqolli əla ötürməni qəbul edib, qapıya qarşısıalınmaz zərbə endirir - 0:2
26. Fərhadın çıxışdakı səhvindən yararlanan X.M.Varea hesab arasındakı fərqi azaldır - 1:2
29. Adamoviç sarı vərəqə ilə cəzalanan ilk futbolçu olur
34. A.Aqolli də sarı vərəqə ilə cəzalanır
35. Meydan sahibləri daha bir korneri boşa verirlər
40. "Rəvan" hesabı bərabərləşdirməyə çalışır
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Qarabağ"da Reynaldonu1 M.Muarem əvəzləyib
50. Muarem üçüncü qolu vurmağa yaxın olsa da, zərbəsi qapıdan yan keçir
57. Sapela Cavadovun qola sevinməsinə son anda imkan vermir
58. Ağdamlıların korner vuruşu da qol gətirmir
59. Kalonas künc zərbəsi zamanı çətin vəziyyətdən möhtəşəm zərbə ilə hesabı bərabərləşdirir - 2:2
60. Kalonas sarı vərəqə alır
65. X.M.Varea zədələnir və oyuna davam edə bilmir
65. N.Yusifovu V.Nadirov əvəzləyir
67. Adamoviç ikinci sarı vərəqə alaraq meydandan qovulur
68. Zədələnən Vareanı T.Mikayılov əvəzləyir
76. Vüqarın çox təhlükəli zərbəsini Sapela kornerə çıxarır
77. Qonaqların korner vuruşundan heç nə alınmır
80. A.Mehdiyevi A.Hüseynov əvəzləyir
80. "Qarabağ"da da zədələnən Almeydanı B.Hüseynov əvəzləyir
83. R.Sadıqovun qüvvətli zərbəsi qapı tirinə tuş gəlir
85. Kalonas H.Axundovla əvəzlənir
90. Ağdam klubu qələbə qolunu vurmaq üçün tam olaraq irəli atılsa da, istəyinə çata bilmir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Ə.İsmayılovun təhlükəli zərbəsini yenə Sapela kornerə çıxarır
90+1. Korner zamanı qapı qarışısında yararnan qarışıqlıqdan sonra A.Teli komandasını yenidən hesabda önə keçirir - 2:3
90+3. Zeçeviç yüz faizli qol epizodunu boşa verir
Matç başa çatdı
RƏVAN: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 8. Tural Axundov, 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç, 25. Ayaz Mehdiyev.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 9. Vüsal Qarayev, 11. Anar Hüseynov, 15. Tural Cəlilov, 19. Hüseyn Axundov, 22. Tofiq Mikayılov, 28. Emin Mustafayev.
QARABAĞ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Reynaldo Silva, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 9. Tural İsgəndərov, 10. Muarem Muarem, 6. Hacı Əhmədov, 5. Maksim Medvedev, 17. Vüqar Nadirov, 55. Bədavi Hüseynov.
Turun qalan görüşləri - 23 fevral: Qəbələ - Xəzər Lənkəran, Neftçi – İnter, AZAL - Kəpəz; 24 fevral: Sumqayıt – Turan.
| 1 | İnter | 20 | 11 | 7 | 2 | 24 | 10 | +14 | 40 |
| 2 | Qarabağ | 21 | 10 | 8 | 3 | 30 | 19 | +11 | 38 |
| 3 | Neftçi | 20 | 12 | 2 | 6 | 42 | 22 | +20 | 38 |
| 4 | Simurq | 21 | 9 | 8 | 4 | 24 | 14 | +10 | 35 |
| 5 | Qəbələ | 20 | 8 | 5 | 7 | 23 | 21 | +2 | 29 |
| 6 | Bakı | 21 | 5 | 12 | 4 | 22 | 14 | +8 | 27 |
| 7 | XL | 20 | 7 | 6 | 7 | 30 | 23 | +7 | 27 |
| 8 | AZAL | 20 | 5 | 8 | 7 | 23 | 24 | –1 | 23 |
| 9 | Rəvan | 21 | 6 | 4 | 11 | 22 | 34 | –12 | 22 |
| 10 | Sumqayıt | 20 | 5 | 6 | 9 | 18 | 36 | –18 | 21 |
| 11 | Turan | 20 | 5 | 5 | 10 | 21 | 32 | –11 | 20 |
| 12 | Kəpəz | 20 | 2 | 3 | 15 | 11 | 41 | –30 | 9 |
Bombardirlər:
19 - Nikolas Kanales (Neftçi)
11 - Franko Nildo (AZAL)
8 - Salif Ballo (Turan), Riçard Almeyda (Qarabağ).
7 - Zohair Benouahi (AZAL), Baçana Sxadadze (İnter), Xuan Manuel Varea (Rəvan)
