21 fevral 2013 11:16

“Simurq avrokuboklara düşsə, klubun büdcəsi də artacaq”

“Simurq”un qapıçısı Dmitri Kramarenko azerisport.az saytına müsahibəsində komandasının çıxışından danışıb, eləcə də digər sualları cavablandırıb.
 
- Bu il “Simurq”un işləri elə də yaxşı getmir. Buna səbəb nədi?
- Mən hər şeyin o qədər də pis getdiyini düşünmürəm. Qış fasiləsindən sonrakı ilk turda səfərdə AZAL ilə sülh bağladıq. Daha sonra isə öz meydanımızda “Neftçi”yə uduzduq. Bu, komandanın cari mövsümdəki ilk ev məğlubiyyətidi. Həmişə udmaq olmaz ki. Amma biz “Neftçi”ni də məğlub etmək istəyirdik. Sadəcə, buraxdığımız səhvlər məğlubiyyətlə nəticələndi ki, bu səhvlərdən də heç kim sığortalanmayıb.
 
- Bəlkə “Simurq”un indiki heyəti “Neftçi”ni yenəcək gücdə deyil?
- Əksinə, bunun üçün yetərincə gücümüz var. Bu mövsüm biz bu komanda ilə daha dörd oyun keçirəcəyik. İkisi altılıq çərçivəsində, qalan ikisi də Azərbaycan Kubokunda. Hələ qələbə qazanmaq üçün imkanımız olacaq. Üstəlik, bizim üçün əlavə motivasiya da yaranacaq. Kubokda “Neftçi”ni mütləq keçməliyik.
 
- Amma çempionatda bu komanda artıq sizi ikinci pillədən sıxışdırıb çıxardı...
- Ümid edirəm ki, bu, müvəqqətidi. Qarşıda “Bakı” və “Kəpəz”lə oyunlarımız var. Bu görüşlərdən maksimum xalla ayrılmaq istəyirik.
 
- “Bakı” üçün “Simurq”la oyun ölüm-qalım mübarizəsi olacaq. Axı bu komanda ilk altılığa vəsiqə qazanmaq istəyir...
- Bizdə də motivasiya az olmayacaq. Çünki ardıcıl ikinci ev oyununda uduzmaq olmaz. Biz artıq qarşımıza qoyduğumuz ilk hədəfimizə çatmışıq. İndi də avrokuboklara vəsiqə qazanmaq istəyirik.
 
- Əgər “Simurq” tutaq ki, Avropa Liqasına düşsə, nəyə nail ola bilər?
- Müəyyən hədəfə çatmaq üçün komanda güman ki, gücləndiriləcək. Əminəm ki, avrokuboklara düşsək, klubun büdcəsi də artar. “Simurq” 2-3 mərhələ keçməyi bacarsa, bu, uğur sayıla bilər.
 
- Artıq 39 yaşınız var. Sizin üçün çətin deyil ki?
- Hələlik özümü yaxşı hiss edirəm. Fikrimcə, daha iki il oynaya bilərəm. 41 yaş karyeranı tamamlamaq üçün yaxşı rəqəmdi. Çox meydana çıxmamağıma görə də incimirəm. Çünki yaş istənilən halda öz sözünü deyir. Amma mən hər zaman komandama kömək etməyə hazıram.
 
- David Petrkeviçin tez-tez öz ölkəsinin mətbuatına Berti Foqtsun onu Azərbaycan yığmasına görmək istəməsi haqda açıqlamalarına münasibətiniz necədi?
- Bunun nə qədər düz olduğunu, Petrkeviçin Azərbaycana qarşı hansı münasibəti bəslədiyini bilmirəm. Popoviçin özü ilə də danışmışam. Milliləşdirilmək nəyə lazımdı? Qoy 10 il oynasın burda, ondan sonrasına baxarıq (gülür). Bizim özümüzün də perspektivli qapıçılarımız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.