21 fevral 2013 11:44
21-ci turun üç oyunu canlı yayımda
Topaz Premyer Liqasının 21-ci turunun üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Lqiası məlumat yayıb.
Məlumatda bildirilir ki, turun adları aşağıda göstərilən oyunlarını azarkeşlər canlı olaraq izləmək imkanı qazanacaqlar:
Topaz Premyer Liqası
21-ci tur
22 fevral (cümə)
“Rəvan” – “Qarabağ”
Bayıl Arena stadionu, 15:00 (canlı, AzTV)
23 fevral (şənbə)
“Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ şəhər stadionu, 15:00 (canlı, İdman Azərbaycan)
“Neftçi” – “İnter”
Bakcell stadionu (8-ci km.), 17:00 (canlı, İdman Azərbaycan)
