22 fevral 2013 00:12
Rubin Ruslan Abışovla bu gün müqavilə bağlaya bilər
Rusiyanın “Rubin” klubu futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovla müqavilə bağlamağa hazırlaşır. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi həmyerlimizlə ya bu gün, ya da sabah münasibətlərini tam rəsmiləşdirməlidi.
“Rubin” futbolçumuzla müqavilə imzaladıqdan sonra onu rəsmən ictimaiyyətə təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, Abışov artıq iki aydı ki, “Rubin”in düşərgəsindədi. Amma Kazan təmsilçisi “Xəzər Lənkəran”ın sabiq üzvü ilə müqavilə bağlamağa o qədər də tələsmirdi.
