22 fevral 2013 00:23
Bakı Zaqatalada məşqə çıxdı
Topaz Premyer Liqasının 21-ci turunda "Simurq"la qarşılaşacaq "Bakı" qarşılşmanın hazırlıqlarını başa vurub. Azerisport.az xəbər verir ki, ötən gün oyunun keçiriləcəyi Zaqatala şəhər stadionunda məşqə çıxan "Bakı"nın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür.
Baş məşqqi Bojidar Bandoviçin tapşırıqlarını yerinə yetirən futbolçuların əzmkarlıqla çalışması "Bakı"nın bu qarşılaşmaya ciddi yanaşmasının göstərici kimi də qəbul oluna bilər.
Ümumilikdə, son iki turda qalib gələrək yüksəlişə keçən komanda bu gün Zaqatala şəhər stadionunda baş tutacaq oyuna qələbə əzmi ilə yanaşır.
Saat 17.00-da başlayacaq qarşılaşmanı Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov və Namiq Bəkirovdan ibarət hakimlər briqadası idarə edəcək. Oyuna AFFA nümayəndəsi qismində Şaiq Həmidov və hakim-inspektor olaraq Nüvər Xasıyev təyin olunublar.
