21 fevral 2013 12:26
“İnanıram ki, XL-la oyunda maksimum nəticə qazanıb altılıqdakı yerimizi təmin edəcəyik”
“21-ci turda bizi “Xəzər Lənkəran”la çətin mübarizə gözləyir. Matça bütün oyunlara olduğu kimi ciddi hazırlaşmışıq. İnanıram ki, maksimum nəticə qazanıb altılıqdakı yerimizi təmin edəcəyik”.
Azerisport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Premyer Liqanın 21-ci turu çərçivəsində baş tutacaq “Xəzər Lənkəran”la oyun öncəsi klub saytına açıqlamasında söyləyib. Mütəxəssis komandada yüksək ab-havanın hökm sürdüyünü bildirib:
“Komandanın hər bir fərdi, hər bir futbolçusu üzərinə düşən məsuliyyəti çox gözəl dərk edir, anlayır. Kollektiv olaraq yalnız qələbəyə köklənmişik. Komandada yüksək ab-hava, gözəl atmosfer hökm sürür. Heyətdə cəzalı və ya zədəli futbolçu yoxdur. Lənkəran təmsilçisi də Qəbələyə xal və ya xallar dalınca gəlir. Bu baxımdan bizi maraqlı və gərgin mübarizə gözləyir”.
