21 fevral 2013 12:42
“Qələbədən başqa bizi heç nə qane etməyəcək”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 21-ci turunun “Kəpəz”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu oyunun bizim üçün ağır keçəcəyini düşünürəm. Çünki “Kəpəz”in itiriləsi heç nəyi qalmayıb. Amma komandamızın qarşısında son iki oyunda mütləq qələbə qazanmaq hədəfi qoyulub. Biz arxayınlaşmamalıyıq. Rəqibi qiymətləndirməmək bizə böyük problemlər yarada bilər. Qələbəyə köklənmişik. Qələbədən başqa bizi heç nə qane etməyəcək”.