21 fevral 2013 13:27

“Çempionluq mübarizəsi İnter, Neftçi və Qarabağ arasında gedəcək”

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı” arasında gedən ilk altılıq uğrundakı mübarizədən danışıb, eləcə də “Neftçi” – “İnter” matçı barədə fikirlərini açıqlayıb.

“Xəzər Lənkəran”ın əsas oyunları hələ qarşıdadı. “Qəbələ” ilə səfər oyunu var. Lənkəranlıları heç-heçə də qane etməyəcək. Heç “Qəbələ” üçün də bu nəticə uğurlu sayılmayacaq”.

Mircavadov “Qəbələ” – “Xəzər Lənkəran” oyunundan danışarkən, hər iki komandanın çatışmazlıqlarının olduğunu vurğulayıb: “Bu komandaların son oyunlarını izləmişəm. “Qəbələ”nin əla hücum xətti var. Amma müdafiəsində çatışmazlıqlar var. Elə cənubluların da arxa xətlə bağlı problemləri diqqət çəkir”.
 
Mircavadov ilk altılığa düşməyə çalışan daha bir komanda – “Bakı” haqda da danışıb: “AZAL-la oyunda bu komandanın ciddi üstünlüyü yox idi. Amma onlar ələ düşən şanslardan maksimum yararlandılar. “Simurq”la qarşıdakı oyunda necə olacağını demək çətindi. Çünki Zaqatala klubu da medallar uğrunda mübarizə aparır. Ona görə də “Bakı” uğur qazanmaq üçün daha yaxşı oyun sərgiləməyə borcludu. Yəni hər şey bu komandanın öz əlindədi”.

Təcrübəli mütəxəssis çempionluq uğrunda mübarizəyə də toxunub: “Məncə, çempionluq mübarizəsi “İnter”, “Neftçi” və “Qarabağ” arasında gedəcək. Amma qış fasiləsindən sonra “Neftçi”nin oyundan-oyuna artırdığı daha çox diqqət çəkir. “İnter” sabit oyun sərgiləyir. Ancaq bu komandanın hücum xəttində problemlər var. Eyni problem “Qarabağ”da da möccuddu. Bu komandaların vuran ayağı yoxdu”.
 
Mircavadov qarşıdakı paytaxt derbisindən də danışıb: “Bu oyun sadəcə ilk altılığa hansı komandanın lider kimi başlayacağına aydınlıq gətirə bilər. Bütövlükdə isə, çempionluq mübarizəsi mövsümün sonuna kimi gedəcək. “Neftçi”ni bu görüşdə daha şanslı hesab edirəm. Amma onu da unutmamalıyıq ki, “İnter” də öz oyunu sayəsində hazırda çempionatın lideridi. Ona görə də bizi çox maraqlı oyun gözlədiyini düşünürəm. Mən “Neftçi”nin heyətində Nikolas Kanalesin çıxışını xüsusi vurğulamaq istərdim. 20 oyuna 19 qol vurmaq çox yaxşı göstəricidi. Qarşıda daha 12 oyun var. Deməli, o, öz göstəricisini bir qədər də yaxşılaşdırmaq şansına malikdi. Flavinyo və Vobay da yaxşı futbolçudu”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.