21 fevral 2013 14:09

Xəzər Lənkəran üçün 10-cu səfər

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının 21-ci turunda “Qəbələ”nin qonağı olacaq. Azerisport.az xəbər verir ki, bu matç komandanın tarixində qəbələlilərlə yubiley – 20-ci qarşılaşma olacaq.
 
Cənublu futbolçular indiyədək 17 çempionat və 2 kubok matçında bu rəqiblə üz-üzə gəlib. “Ağ-yaşıllar” tarixində 10-cu dəfə “Qəbələ”nin qonağı olacaq. Səfərdə 5 qələbəsi olan komanda 2 heç-heçə edib və 2 dəfə uduzub. Rəqib meydanında 13 qola imza atan “ağ-yaşıllar” 8-ni buraxıb.
 
İndiyəqədərki matçların balansında aşkar üstünlüyə malik “ağ-yaşıllar” 11 dəfə qalib gəlib, 5 dəfə bərabərliklə kifayətlənib və 3 dəfə məğlub olublar. Top fərqində də “Xəzər Lənkəran”ın üstünlüyü aşkar görünür – 31:15.
 
Bu məhsuldarlığın nəticəsidir ki, “Xəzər Lənkəran” tarixi ərzində yalnız 1 dəfə “Qəbələ”nin qapısına yol tapmayıb. Həmin oyundan sonra isə ardıcıl 5 qarşılaşmadır XL meydanı qolsuz tərk etmir.
 
“Xəzər Lənkəran”ın “Qəbələ” ilə matçlarda vurduğu 31 qola isə 17 futbolçu imza atıb. Kubok oyununda avtoqol müəllifi kimi tarixə düşən “Qəbələ”li İrakli Vaşakidze istisna olmaqla “Xəzər Lənkəran”ın 16 üzvü rəqib qapısına yol tapıb. Zaur Ramazanov hamıdan çox – 6, indi “Qəbələ”də çıxış edən Rəşad Abdullayev 4, Rahid Əmirquliyevlə Allan Lalin hərəyə 3, Emeka Opara və Emin Quliyev hərəyə 2 dəfə bu rəqibin qapısına yol tapıblar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.