21 fevral 2013 14:58

Yığmamız dünyanın ulduz futbolçuları ilə yoldaşlıq oyunu keçirmək istəyir

Dünyanın tanınmış veteran futbolçuları Azərbaycana gələcəklər. Azerisport.az saytına müsahibəsində bunu Azərbaycan Futbol Veteranları İttifaqının rəhbəri Oqtay Abdullayev xəbər verib.

O bildirib ki, Almaniya, Hollandiya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan veteranlar Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ölkəmizə təşrif buyuracaqlar. Onlar ölkəmizin futbol veteranlarından ibarət komanda ilə yoldaşlıq görüşündə üz-üzə gələcəklər. 

“Mayda veteranların növbəti matçını təşkil etməyi düşünürük. Rusiya yığmasını dəvət etmək istəyirdik. Amma onlar son dövrlər səfər oyunlarına getmirlər. Ona görə də biz bu dəfə Avropanın keçmiş futbol ulduzlarını dəvət etməyi qərara aldıq. Daha çox SSRİ yığmasının keçmiş futbolçuları ilə əlaqə saxlayırıq. Bunların arasında Georgi Yartsev, Rinat Dasayev, Vaqiz Xidiyatullin, eləcə də Gürcüstan, Ukrayna, Türkiyə, Almaniya və Hollandiyadan olan futbolçular da var. Almaniyadan Berti Foqtsu dəvət edəcəyik. O, özü ilə daha iki futbolçu gətirə bilər. Türkiyədən isə Bülent Korkmaza dəvət göndərmişik. Hollandiyadan olan veteranlarla danışıqlarımız davam edir. Yaxşı şou təşkil etmək istəyirik”.
 
Qeyd edək ki, oyunun mayın ilk həftəsində Tofiq Bəhramov adına Respublika stadionunda təşkili gözlənilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.