21 fevral 2013 15:56
Əfran İsmayılov zəif çıxışının səbəblərini izah etdi
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 20-ci turunun “Sumqayıt”la oyununda iştirak etməməsi, eləcə də son dövrlərdə zəif çıxış etməsi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Sumqayıt”la oyunda iştirak etməməyim Qurban Qurbanovun qərarı ilə bağlıydı. Yəqin ki, mənim formada olmamağım bu qərarda öz rolunu oynayıb. Futbolçunun yaxşı dövrləri olduğu kimi, pis günləri də olur. Görünür məndə də yaxşı olmayan dövrdü. Mümkündü ki, tez-tez yayılan transfer xəbərləri mənim komandamın çıxışına tam köklənməyimə problem yaradıb. Amma bütün bunlar artıq geridə qalıb. Qarşıda “Qarabağ”ı çətin oyunlar gözləyir. Mən də komandama kömək etmək üçün yaxşı forma toplamağa çalışıram”.