22 fevral 2013 18:16

Böyükağa Hacıyev: Altılıq mərhələsində qruplaşma ola bilər

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 21-ci turunun “İnter”lə oyunu öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az sizi həmin tədbirdən hazırlanmış reportajla tanış edir.
 
- Mətbuat konfransında niyə “İnter”dəki həmkarınız yoxdu?
- Yəqin ki, onun başqa işləri var. Taktika üzərində düşünür. Sabah meydanda görüşərik.
 
- Bu gün açıqlamalarınızda bir qədər ehtiyatlı görünürsüz...
- Sabah sözümü meydanda deyəcəm. Arxasınca danışmaq istəmirəm. Amma Sxadadzenin üzünə deyəcəm. Sabah maraqlı oyun görəcəksiz.
 
- “İnter”in hamıdan az qol buraxması sizi narahat etmir?
- Biz isə hamıdan çox qol vururuq. Heyətimizdə Kanales, Vobay, Sadiqov, Abdullayev, Flavinyo kimi futbolçular var. Rəşad “San-Siro”da 30 metrdən qol vurdusa, burda 50 metrdən də qol vura bilər. Onun “Simurq”un qapısına vurduğu qolu da gördünüz. “İnter” müdafiədən oynamağı sevir. Amma biz onlara açıq futbol təklif edəcəyik. Görək razılaşacaqlar, ya yox.
 
- Sizin çempionluq uğrundakı rəqibləriniz yalnız “İnter”lə “Qarabağ”dı?
- Bunu dəqiq demək olmur. Unutmayın ki, çempionatda hərdən sürprizlər də olur. Altılıq mərhələsində qruplaşmalar ola bilər. Artıq indidən kimlərinsə başqa komandaya xal verəcəyi barədə söhbətlər gəzir. Bu, artıq futbol deyil. Biz isə titulumuzu qorumağa çalışacağıq.
 
- Sizcə, Premyer Liqada qruplaşma var?
- Qruplaşma olub-olmadığını bazar ertəsi günü sizə deyərəm. Biz qruplaşmalara qarşı meydanda mübarizə aparacağıq: bütün rəqiblərimizi məğlub etməklə.
 
- Sizcə, ilk altılıqdan kənarda hansı komanda qalacaq: “Qəbələ”, “Xəzər Lənkəran”, ya “Bakı”?
- Hər şey onların öz əlində deyil. “Bakı”nın taleyini “Simurq”la görüş həll edəcək. “Xəzər Lənkəran”ın düşərgəsində deyirlər ki, “Neftçi”dən başqa bütün rəqiblərə uduzmaq olar. Şəxsən mən ilk altılıqda AZAL ilə “Qəbələ”ni görmək istərdim.

- Sxadadze sizə rəqib deyil?
- Mən bütün həmkarlarıma hörmətlə yanaşıram. Amma Böyükağa Hacıyev bir dənədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.