22 fevral 2013 18:36
Qurban Qurbanov: Çox vacib üç xal qazandıq
Topaz Premyer Liqasının 21-ci turuna “Rəvan” – “Qarabağ” oyunu ilə start verildi. Azerisport.az xəbər verir ki, dramatik məcrada keçən oyun ağdamlıların 3:2 hesablı qələbəsi ilə başa çatdı.
Qarşılaşmadan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bunları söyləyib: “Oyuna yaxşı başladıq, lakin sonradan üstünlüyümüzü əldən verdik və qapımızda iki qol gördük. İkinci hissədə yaratdığımız qol imkanlarındann yararlana bilmədik. Buna baxmayaraq, ikinci hissəyə əlavə edilmiş dəqiqələrdə qol vurduq, çox vacib üç xal qazandıq. “Rəvan” komandası son turlar yaxşı çıxış edir, komanda yüksəlişdədir. Digər oyunlara daha ciddi yanaşıb səhvsiz oynamalıyıq”.
