22 fevral 2013 18:43
“İlk altılığa düşənlərdən zəif oynamadığmızı düşünürəm”
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 21-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
“Oyuna itkilərlə çıxsaq da, futbolçular özlərini doğrultdular. İlk hissəyə pis başladıq, lakin sonradan toparlana bildik, hesabı bərabərləşdirdik. İlk altılığa düşən komandalardan zəif oynamadığmızı düşünürəm. Bundan sonra kubok oyununa hazırlaşacağıq, əsas hədəfimiz kubokda irəliləməkdi”.
