22 fevral 2013 19:47
“Bu, futbolçularımıza çox pis təsir edirdi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 21-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox çətin oyun idi. Hər iki komandanın qol imkanları oldu. Təəssüf ki, ələ düşən imkanlardan yararlana bilmədik. Komanda yaxşı oyun göstərdi, bir xal qazandıq. Oyundan öncə çoxlu söhbətlər dolaşırdı. Bu, futbolçulara pis təsir edirdi. Bəzi zədəli futbolçularımız var idi ki, bu gün xidmətlərindən yararlana bilmədik. Amma meydanda olan futbolçularımız da əsl xarakter nümayiş etdirdilər. Yetirmələrimi bu gün sərgilədikləri oyuna görə təbrik edirəm”.
