22 fevral 2013 19:58
Bojidar Bandoviç: Qol hesaba alınmalı idi
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 21-ci turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun bizim üstünlüyümzlə keçdi. Bizim üçün vacib oyun idi. Altılığa düşmək üçün az da olsa şansımız qalır. Komandamın bu cür oyunu ilə razı deyiləm. Penalti epizodunda top qapıçının əlinə dəyibsə, qol hesaba alınmalı idi”.
