22 fevral 2013 11:08
PFL Aqil Nəbiyevin qolunu ləğv etdi (VİDEO)
Topaz Premyer Liqasının 20-ci turunun “Bakı” – AZAL qarşılaşmasının protokolunda ev sahibi komandanın vurduğu birinci qolun müəllifi kimi Aqil Nəbiyev göstərilmişdi. Lakin oyunun videoyazısına təkrar baxdıqdan sonra qolun AZAL-ın 2 №-li oyunçusu Juan Fransisko tərəfindən vurulduğu müəyyən olunub.
Azerisport.az xəbər verir ki, bununla bağlı oyunun prtokolunda müvafiq dəyişiklik edilib. Məlumatı Peşəkar Futbol Liqası yayıb.
