22 fevral 2013 11:35

Topaz Premyer Liqası, 21-ci tur: Mirbağır İsayevin proqnozu

“Kəpəz”in sabiq baş məşqçisi Mirbağır İsayev azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 21-ci turunun oyunları ilə bağlı proqnozlarını dilə gətirib.
 
Rəvan – Qarabağ
Hazırda üç komanda var ki, öz oyun manerasına görə çempionluğa ən real namizəd sayıla bilər. Bunlar “Neftçi”, “İnter” və “Qarabağ”dı. Nəzərə alsaq ki, ağdamlılarda motivasiya daha yüksəkdi, “Qarabağ”ın qələbə qazanacağını demək olar. Çünki çempionluq yolunda xal və ya xallar qazanmaq lazımdı.
 
Simurq – Bakı
“Simurq” artıq ilk altılıqdakı yerini təmin edib. “Bakı” isə hələ buna çalışır. Oyun Zaqatalada keçirilsə də, fikrimcə, 3 xalı məhz “Bakı” qazanacaq. Çünki bu, onlara çox lazımdı.

Qəbələ - Xəzər Lənkəran
Hər iki komandaya ilk altılığa düşmək lazımdı. Faizlə götürsək, şansların 60-ın 40-a “Qəbələ”nin xeyrinə olduğunu düşünürəm. Şübhəsiz ki, maraqlı və gərgin oyun olacaq. Fikrimcə, “Qəbələ” “Xəzər Lənkəran”a xal verməz.
 
Neftçi – İnter
Bu oyunda çempionatın liderliyi uğrunda mübarizə gedəcək. Çempionluğa üç əsas iddialıdan ikisi bir-biri ilə üz-üzə gələcək. Hər bir komandanın öz oyun üslubu, taktikası var. Son dövrlər “Neftçi” əla oyunla müsbət nəticələr qazanır. “İnter”də isə bir qədər fərqli vəziyyətdi. Buna baxmayaraq, yenə də dəqiq proqnoz vermək olmur. Hər şey ola bilər. Şansların bərabər olduğunu düşünürəm.

AZAL – Kəpəz
Burda üstünlük AZAL-dadı. “Kəpəz” hazırda elə vəziyyətdədi ki, bu rəqibinə müqavimət göstərməsi inandırıcı deyil. Qələbə AZAL-ın olacaq.
 
Sumqayıt – Turan
Fikrimcə, yaxşı oyun alınacaq. Bu komandaların son oyunlarını nəzərə alsaq, bu dəfə də maraqlı görüş izləyəcəyimizi demək olar. Məsələn, “Turan” “Xəzər Lənkəran”la səfər oyununda pis təsir bağışlamadı, “Sumqayıt” “Bakı” ilə heç-heçə etdi. Bu oyunda isə “Sumqayıt”ın üç xala sevinəcəyi qənaətindəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.