22 fevral 2013 11:54
Neftçala 8 futbolçu ilə gücləndi
Futbol üzrə Azərbaycan Birinci Divizionunda mübarizə aparan “Neftçala” klubu səkkiz futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, komanda qapıçı Davud Kərimi, müdafiəçilər Ramil Nuriyev, Elnur Hüseynov və Rəşad Orucov, yarımmüdafiəçilər Hafiz Əliyev və Zahid Quliyev, hücumçular Yasin Abbasov və Bəxtiyar Fəzaini heyətinə cəlb edib.
Qeyd edək ki, “Neftçala” futbol üzrə Azərbaycan Birinci Divizionun 14-cü turu çərçivəsində bu həftə Qazaxda “Göyəzən” klubunun qonağı olacaq.
