23 fevral 2013 00:16
Kəpəz AZAL-la oyuna hazırlığı yekunlaşdırdı
Bu gün Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində AZAL-la qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlığını tamamlayıb. Azerisport.az xəbər verir ki, komanda bu görüş öncəsi son məşqini “Dalga Arena”da keçirib.
Saat 16:00-da başlayan hazırlıq prosesi 50 dəqiqə sürüb. Futbolçular məşqçilər korpusunun hazırladığı yüngül məşq proqramı əsasında çalışıblar. İsinmə təmrinlərindən sonra “kvadrat” oynayan komanda üzvləri ardından qapıya zərbələr üzərində işləyiblər.
