22 fevral 2013 12:42
PFL-dən Xəzər Lənkəranın yeni transferinə yaşıl işıq
Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" argentinalı futbolçu Luçano Esteban Olginlə bağlı Peşəkar Futbol Liqasının qərarını gözləyirdi. Azerisport.az xəbər verir ki, cənublular bu futbolçu ilə iki həftə öncə müqavilə imzalasalar da, 30 yaşlı hücumçunun transfer vərəqi gec gəldiyindən, onun çempionat oyunlarına sifariş olunması problemə çevrilmişdi.
Lakin artıq problem yoluna qoyulub. Bunu PFL rəsmisi Məlik Həsənov da saytımıza açıqlamasında təsdiqləyib: “Xəzər Lənkəran” artıq bu futbolçunu sifariş edib. Argentinalı futbolçu qarşıdakı turda meydana çıxa biləcək”.
Qeyd edək ki, “Xəzər Lənkəran” 21-ci turda “Qəbələ”nin qonağı olacaq.
