23 fevral 2013 00:37

“200 manata uşaq futbol məktəbində işləməyə çox az adam razılaşar”

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Vəli Qasımov azerisport.az saytına müsahibəsində hücumçularla bağlı problemdən danışıb, bəzi digər sualları cavablandırıb.
 
- Vaxtilə siz ən çox qol vuran azərbaycanlı hücumçulardan biri idiniz. Premyer Liqamızın bombardirlər cədvəlinə sonuncu dəfə nə vaxt baxmısız?
- Bu yaxınlarda baxdım. Düzünü deyim ki, çox üzücü vəziyyətdi. Bombardirlərin sırasında bir dənə də azərbaycanlı futbolçu yoxdu. Amma əslində uşaq futbol məktəblərində necə iş getdiyini nəzərə alsaq, bunda da ciddi heç nə yoxdu.
 
- Necə işləyirlər ki?
- Heç nə etmirlər. Çünki həmin məktəblərdə çalışanlar keçmiş futbolçular deyil. Halbuki, onlar hücumçularla necə işləmək lazım olduğunu yaxşı bilirlər.
 
- Sizcə, indiki hücumçularımızdan hansılar Nikolas Kanales, Franko Nildo ilə bir sırada olmalıdı?
- Premyer Liqada çıxış edən gənc futbolçular çox azdı. Biz 22 yaşlı futbolçuları perspektivli hesab etməyə alışmışıq. Mən də daxil olmaqla bizim dövrümüzdəki futbolçuların əksəri yüksək liqada 16 yaşdan etibarən çıxış etməyə başlayıb. İndi isə çempionatımızda buna rast gəlmək olmur. Halbuki, gənc futbolçulara vaxtında diqqət ayırmaq, oynamaq imkanı yaratmaq lazımdı. Ən qəribəsi də odu ki, bunu heç ciddi məqsədləri olmayan klublar da etmirlər.
 
- Yerli futbolçulardan Pərdis Fərcad-Azadla Rəşad Abdullayev hərəyə beş qolla əcnəbi legionerləri izləyən yeganə təmsilçilərimizdi. Belə çıxır ki, ölkədə hücumçu yoxdu?
- İki mövsüm əvvəl Fərid Quliyev xeyli qol vurmuşdu və yaxşı perspektiv vəd edirdi. Sonra nə oldu? Komanda tapa bilmədi, ardından “Turan”a getdi. Sonra da tamam yoxa çıxdı. Əsas problem ondadı ki, klublarımız belə oyunçulara şans da vermirlər.
 
- Yığmamızın əsas hücumçusu sayılan Rauf Əliyevlə bağlı nə deyə bilərsiz?
- Onun “Bakı”ya keçidinin özünü nə dərəcədə doğruldacağını deyə bilmərəm. Raufun bu komandada ciddi fərqlənəcəyini də düşünmürəm. Çünki “Bakı” heç cür öz oyun üslubunu tapa bilmir. Bu üzdən Raufa da belə bir komandada oynamaq çətin olacaq. Üstəlik, “Bakı” ilk altılıqdan kənarda qalmaq təhlükəsiylə üz-üzədi. Amma məncə, Əliyev kimi hücumçunu itirməməliyik. Ən azı ona görə ki, bu futbolçu yığma komandada yaxşı çıxış edir. Hətta “Qarabağ”ın heyətində olan dövrdə də az qol vurmasına rəğmən.
 
- Bəlkə uşaq futbol məktəblərinə hücumçularla işləmək üçün xüsusi məşqçilər gətirilməlidi?
- Bu, mütləq deyil. Sadəcə, keçmiş futbolçulara işləmək imkanı yaradılmalıdı. Düzdü, heç də bütün futbolçular karyerasını başa vurandan sonra uşaqlarla işləməkdə maraqlı olmur. Çünki belə məktəblərdə aya 200 manat verirlər. Əgər yaxşı maaş verilsə, işləməkdə maraqlı olan keçmiş futbolçulara şans verilsə...
 
- Bəs siz uşaqlarla işləmək istərsiz? Yoxsa sizi də 200 manatlıq maaş qane etmir?
- Mən məşqçiliyə məhz İspaniyada uşaqlarla çalışmaqla başlamışam və bu işi gözəl bilirəm. Əgər uşaq futbolunu qaldırmağı ciddi düşünən hansısa klub və ya məktəb varsa, niyə də olmasın? Məncə, hər bir keçmiş futbolçu Azərbaycanda bu idman növünü inkişaf etdirmək üçün buna razılaşar. Premyer Liqa klublarımızın əksəri heç uşaq futbol məktəblərində nələrin baş verdiyinə fikir də vermir. Uşaq futbol komandalarının qarşısına hansısa turniri qazanmaq hədəfi qoyulmamalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.