22 fevral 2013 13:04
Azərbaycanlı hakim-inspektor Avropa çempionatının oyunlarında
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.
Oyunları martın 27-də start götürəcək bu qrupda Finlandiya, İtaliya, Macarıstan və Monteneqro milliləri mübarizə aparacaq. Qrupun qarşılaşmaları İtaliyada keçiriləcək.
