23 fevral 2013 19:55
Neftçi İnteri məğlub edib lider oldu, Qəbələ XL üzərində qələbə ilə ilk altılığa düşdü (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasının 21-ci turunun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
Turun ən maraqla gözlənilən görüşlərindən biri Qəbələdə baş tutub. Burda yerli “Qəbələ” “Xəzər Lənkəran”la üz-üzə gəlib. Meydan sahibləri iki cavabsız qolla qələbə qazanaraq, ilk altılıqdakı yerini rəsmiləşdiriblər.
İlk altılıq ümidlərini hələ də saxlayan AZAL bu tur “Kəpəz”i qəbul edib. Paytaxt klubu çempionatın aşkar autsayderini darmadağın edib.
Turun mərkəzi qarşılaşmasında isə “Neftçi” “İnter”lə üz-üzə gəlib. Görüş "ağ-qaralar"ın qələbəsiylə başa çatıb. Beləcə, "Neftçi" liderliyi "İnter"dən təhvil alıb.
Topaz Premyer Liqası
21-ci tur
23 fevral
AZAL - KƏPƏZ - 3:0 (2:0)
Qollar: Cavid Tağıyev, 27 (1:0), Orxan Səfiyaroğlu, 37 (2:0), V.İbekoyi, 81 (3:0)
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, Ramil Diniyev.
Bakı. AZAL Arena.
Oyun başladı
Qarşılaşmanın ilk dəqiqələri sakit məcrada keçir
Meydan sahiblərinin kiçik üstünlüyü diqqət çəkir
Nildonun zərbəsi qapıdan aralı keçir
Qeyd edək ki, bu gün Nduka AZAL-da yubiley - 200-cü matçına çıxıb
O.Səfiyaroğlu əla qol şansını qaçırır
Cavid Tağıyev dəqiq zərbə ilə hesabı açır - 1:0
Orxan Səfiyaroğlu ikinci qolu rəqib qapısından keçirir - 2:0
AZAL hücumlarını davam etdirir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
AZAL fasilədən sonra da hücumlarını davam etdirir
Nildo qapıçını da aldadıb, zərbə vursa da, son anda müdafiəçi topun boş qapıya daxil olmasına mane olur
"Kəpəz" buraxılan qollardan birinin əvəzini çıxmağa yaxın olsa da, şansını boşa verir
İbekoyi hesabı darmadağın həddinə çatdırır - 3:0
Matç başa çatdı
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka, 15. Oskar Klyava, 8. Elman Taqayev, 20. Branislav Arsenyeviç, 32. Vladimir Boqdanoviç, 6. Tagim Novruzov, 17. Viktor İbekoyi, 7. Cavid Tağıyev, 19. Orxan Səfiyaroğlu, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 22. Ruslan Tağızadə, 23. Tural Nərimanov, 11. Zohair Benuahi, 9. Elşən Məmmədov, 37. Andrius Veliçka, 28. Con Oluremi.
KƏPƏZ: 1. Ramil Kərimov, 2. Cəmşid Məhərrəmov, 6. Məhərrəm Hüseynov, 9. Alan Sotanov, 10. Zaur Əsədov (k), 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 19. Rahimberdı Baltiyev, 25. Elgiz Kərəmli, 30. Vladislav Serebryakov, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 3. Samir Hüseynli, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 11. Fərid Quliyev, 14. Elxan Əzizov, 29. Georgi Sepiaşvili.
NEFTÇİ - İNTER - 2:0 (0:0)
Qollar: N.Kanales, 49 (1:0), V.Abramidze, 90+2-öz qapısına (2:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
Bakı. Bakcell stadionu (8-ci km.).
Oyun başladı
3. "Neftçi"nin ardıcıl üç korner vuruşu zamanı hesabı açmaq olmur
4. Meydan sahibləri daha bir korneri boşa verirlər
5. "Neftçi" ilk dəqiqələrdən üstünlüyü ələ alıb və erkən qol vurmağa çalışır
10. Qonaqlar hələ ki, daha çox müdafiə olunurlar və hücum qurmaqda çətinlik çəkirlər
14. "İnter"in ilk təhlükəli hücumu zamanı Baçana qapıya dəqiq zərbə endirə bilmir
20. "Neftçi" hücumlarını davam etdirir
24. Meydan sahiblərinin növbəti korneri zamanı top Lomayada qalır
28. Azarkeşlər bu dəqiqələrdə Xocalı soyqırımı ilə bağlı xüsusi şüarlar səsləndirirlər
30. "İnter"də erkən əvəzetmə: Fomenkonu A.Məmmədov əvəzləyir
35. "Neftçi" dəqiqələr ötdükcə təzyiqi daha da artırır
40. Artıq hissənin sonlarında oyunda bir qədər sakitlik yaranıb
45. İlk hissəyə 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Flavinyonun zərbəsi qapıdan yan keçir
49. Vobayın növbəti təhlükəli ötürməsini bu dəfə Kanales qolla tamamlayır - 1:0
51. "İnter" dərhal cavab qolunu vurmağa yaxın olsa da, iki epizodda əla şansı boşa verirlər
55. Vobay kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
56. N.Hacıyevi S.Zərgərov əvəzləyir
60. "Neftçi" artıq təşəbbüsü rəqibə verib, əks-hücum şansı axtarır
65. "İnter" oyuna daha çox nəzarət etsə də, "Neftçi"nin hücumları daha təhlükəli alınır
73. Kandelaki sarı vərəqə alır
75. "İnter" hücumda demək olar ki, heç nə edə bilmir
78. Flavinyo yaxın məsafədən qapıya dəqiq zərbə vura bilmir
80. Sxadadze Genovu da meydana buraxır
81. A.Məmmədovun zərbəsi qapının üstündən keçir
81. "Neftçi"də Vobayı C.İmamverdiyev əvəzləyir
85. "İnter" təzyiqi artırsa da, istəyinə çata bilmir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. F.Bayramov sarı vərəqə alır
90+2. C.İmamverdiyevin qapı qarşısına ötürməs zamanı topu öz qapısına göndərir - 2:0
Matç başa çatdı
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 2. Xose Luis Kabion, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 25. Cavid İmamverdiyev, 26. Emin Mehdiyev.
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 8. Nizami Hacıyev, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 6. Samir Zərgərov, 9. Daniel Genov, 11. Asif Məmmədov, 17. Robertinyo Soares, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev.
QƏBƏLƏ - XƏZƏR LƏNKƏRAN - 2:0 (2-ci hissə)
Qollar: Y.Kamanan, 1 (1:0), Y.Kamanan, 87 (2:0)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Vüsal Əliyev.
Qəbələ. Şəhər stadionu.
Oyun başladı
1. "Qəbələ" oyun başlayan kimi hücuma atılır və elə ilk cəhddəcə Kamananın dəqiq baş zərbəsi ilə hesabı açır - 1:0
5. Qonaqların müdafiə xəttindəki kobud səhv az qala ikinci qolla nəticələnəcəkdi. Amma son anda Kamanan inanılmaz şəkildə topu kənara vurur
10. "Qəbələ" təzyiqini davam etdirir və ikinci qolu vurmağa çalışır
13. Korner zamanı Rəşad ikinci qolu vurmağa yaxın olsa da, top rəqib futbolçuya dəyib yenidən kornerə çıxır. Bu kornerdən də heç nə alınmır
15. Qonaqların ilk korner vuruşu qol gətirmir
20. XL hesabı bərabərləşdirmək üçün irəli atlıb
21. Qonaqlar daha bir korneri boşa verirlər
25. Artıq bu dəqiqələrdə oyunda üstünlük qonaqarın tərəfindədi
27. Çertoqanov zədələndiyi üçün oyuna davam edə bilmir və onu Y.Abuzərov əvəzləyir
29. XL hesabı bərabərləşdirməyə çox yaxın olsa da, meydan sahibləri son anda təhlükəni sovuşdurmağı bacarırlar
30. L.Assis sarı vərəqə ilə cəzalanır
33. Dodo və Orsuliç sarı vərəqə alır. Meydanda gərginlik artmaqdadı
34. G.Güleç də kobud oyuna görə sarı vərəqə alır
40. Cənub təmsilçisi yenə kornerdən faydalana bilmir
44. Y.Abuzərov sarı vərəqə alır
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. G.Güleçin əvəzində XL-da meydana yeni transferi Olguin daxil olur
47. R.Abdullayevin cərimə zərbəsi qapının üstündən keçir
51. Meydan sahibləri korneri istədikləri kimi yerinə yetirə bilmirlər
54. Pitin təhlükəli cərimə zərbəsini Kalaban geri qaytarır
58. A.Quluzadə sarı vərəqə alır
65. Olguin də sarı vərəqə alır
69. Qonaqların təhlükəli hücumu zamanı D.K.Silva "Qəbələ"ni real qoldan xilas edir
70. XL artıq tam üstünlüyə yiyələnib. Lakin cənubluların fəallığı qol gətirmir
76. E.Abdullayevi U.Pamuk əvəzləyir
77. Skarlatake də sarı vərəqə ilə cəzalanır
84. A.Silvanı A.Ramazanov əvəzləyir
87. Əks-hücum zamanı Dododan əla ötürmə alan Kamanan özünün və komandasının ikini qolunu vurur - 2:0
89. Skarduelli birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
90. Assisin əvəzində meydana Emeqara çıxır
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+1. Dodo yüz faizlik qol şansını dəyərləndirə bilmir: o, qapıçı ilə üz-üzə qalsa da, topu düz Orxanın üstünə vurur
90+3. Kamananı V.Hüseynov əvəzləyir
90+4. Dodo daha bir əlverişli qol vəziyyətini qaçırır
Matç başa çatdı
QƏBƏLƏ: 25. Dieqo Kosta Silva, 4. Amit Quluzadə, 8. Kristian Pulhak, 10. Dodo, 11. Yannik Kamanan, 15. Omar Kalaban, 18. Aleksandr Çertoqanov, 22. Lourival Rodriqes Assis, 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 5. Luka Zinko, 7. Yaşar Abuzərov, 14. Mustafa Dabo, 16. İfeanyi Emeqara, 90. Ceyhun Sultanov.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 24. Gökhan Güleç, 27. Manuel Skarlatake, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 30. Antonio Doblas, 6. Robert Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Uğur Pamuk, 55. Ağabala Ramazanov, 35. Luciano Olguin.
Turun digər oyunları: Rəvan – Qarabağ – 2:3, Simurq – Bakı – 0:0. 24 fevral: Sumqayıt – Turan.
| 1 | Neftçi | 21 | 13 | 2 | 6 | 44 | 22 | +22 | 41 |
| 2 | İnter | 21 | 11 | 7 | 3 | 24 | 12 | +12 | 40 |
| 3 | Qarabağ | 21 | 10 | 8 | 3 | 30 | 19 | +11 | 38 |
| 4 | Simurq | 21 | 9 | 8 | 4 | 24 | 14 | +10 | 35 |
| 5 | Qəbələ | 21 | 9 | 5 | 7 | 25 | 21 | +4 | 32 |
| 6 | Bakı | 21 | 5 | 12 | 4 | 22 | 14 | +8 | 27 |
| 7 | XL | 21 | 7 | 6 | 8 | 30 | 25 | +5 | 27 |
| 8 | AZAL | 21 | 6 | 8 | 7 | 26 | 24 | +2 | 26 |
| 9 | Rəvan | 21 | 6 | 4 | 11 | 22 | 34 | –12 | 22 |
| 10 | Sumqayıt | 20 | 5 | 6 | 9 | 18 | 36 | –18 | 21 |
| 11 | Turan | 20 | 5 | 5 | 10 | 21 | 32 | –11 | 20 |
| 12 | Kəpəz | 21 | 2 | 3 | 16 | 11 | 44 | –33 | 9 |
Bombardirlər:
20 - Nikolas Kanales (Neftçi)
11 - Franko Nildo (AZAL)
8 - Salif Ballo (Turan), Riçard Almeyda (Qarabağ).
7 - Zohair Benouahi (AZAL), Baçana Sxadadze (İnter), Xuan Manuel Varea (Rəvan)
