26 fevral 2013 01:48
İspaniya çempionatı: Barsa evdə, Real səfərdə əzmkar qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə İspaniya çempionatında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Athletic” “Real Sociedad” ilə qarşılaşıb. Qonaqlar bu görüşdə inamlı qələbəyə seviniblər.
İkinci oyun günündə “Mallorca” “Getafe”yə uduzub. “Zaragoza” “Valencia” ilə sülhə razılaşıb. “Deportivo”nun qonağı olan “Real” səfərdə, “Barcelona” isə evdə “Sevilla” ilə qarşılaşmadan əzmkar qələbə ilə ayrılıb.
Bazar günü “Rayo Vallecano” “Valladolid”ə məğlub olub. “Celta” “Granada” üzərində qələbəyə sevinib. “Atletico” “Espanyol”u 1, “Betis” “Malaga”nı 3 cavabsız qolla məğlub edib.
Nəhayət, turun son oyun günündə “Levante” “Osasuna”nı sınağa çəkib. Qonaqlar 2 cavabsız qolla qalib gəliblər.
İspaniya La Liqası
25-ci tur
22 fevral
Athletic - Real Sociedad – 1:3
Qollar: Qomes, 30 – Qriezman, 35, Aqirretxe, 67, Vela, 76.
23 fevral
Mallorca - Getafe - 1:3
Qollar: Dos Santos, 24 - Kastro, 71-pen, Kolunqa, 82; 86.
Zaragoza - Valencia - 2:2
Qollar: Apono, 5-pen, Poştiqa, 32 - Yonas, 36; 69.
Deportivo – Real - 1:2
Qollar: Riki, 35 - Kaka, 73, İquayn, 88.
Barcelona - Sevilla - 2:1
Qollar: Vilya, 52, Messi, 60 - Botia, 42.
24 fevral
Rayo Vallecano - Valladolid - 1:2
Qollar: Mass, 72 - Mass, 71-öz qapısına, Manuço, 79.
Celta - Granada - 2:1
Qollar: Aspas, 24, Bermejo, 80 - İqalo, 28.
Atletico - Espanyol - 1:0
Qol: Falkao, 38-pen.
Betis - Malaga - 3:0
Qollar: Molina, 1, Alvares, 28, Pabon, 45.
25 fevral
Levante - Osasuna 0:2
Qollar: Şoyaey, 87, Sola, 90.
| 1 | Barcelona | 25 | 22 | 2 | 1 | 82 | 28 | +54 | 68 |
| 2 | Atletico | 25 | 18 | 2 | 5 | 48 | 23 | +25 | 56 |
| 3 | Real | 25 | 16 | 4 | 5 | 62 | 23 | +39 | 52 |
| 4 | Malaga | 25 | 12 | 6 | 7 | 37 | 24 | +13 | 42 |
| 5 | Valencia | 25 | 12 | 5 | 8 | 36 | 37 | –1 | 41 |
| 6 | Real Sociedad | 25 | 11 | 7 | 7 | 41 | 31 | +10 | 40 |
| 7 | Betis | 25 | 12 | 3 | 10 | 34 | 35 | –1 | 39 |
| 8 | Rayo Vallecano | 25 | 12 | 1 | 12 | 34 | 43 | –9 | 37 |
| 9 | Getafe | 25 | 10 | 5 | 10 | 35 | 44 | –9 | 35 |
| 10 | Levante | 25 | 10 | 4 | 11 | 30 | 38 | –8 | 34 |
| 11 | Valladolid | 25 | 9 | 6 | 10 | 34 | 33 | +1 | 33 |
| 12 | Sevilla | 25 | 9 | 5 | 11 | 34 | 37 | –3 | 32 |
| 13 | Espanyol | 25 | 8 | 7 | 10 | 31 | 35 | –4 | 31 |
| 14 | Osasuna | 25 | 7 | 7 | 11 | 22 | 27 | –5 | 28 |
| 15 | Athletic | 25 | 7 | 5 | 13 | 30 | 50 | –20 | 26 |
| 16 | Granada | 25 | 7 | 5 | 13 | 24 | 36 | –12 | 26 |
| 17 | Zaragoza | 25 | 7 | 4 | 14 | 25 | 36 | –11 | 25 |
| 18 | Celta | 25 | 6 | 5 | 14 | 24 | 32 | –8 | 23 |
| 19 | Mallorca | 25 | 4 | 6 | 15 | 24 | 48 | –24 | 18 |
| 20 | Deportivo | 25 | 3 | 7 | 15 | 29 | 56 | –27 | 16 |
