23 fevral 2013 01:22
Elhad Nəziri: Rumıniyada hər şeyi öyrənmək istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Milsami” klubuna transferindən danışıb. Azerisport.az xəbər verir ki, o, ötən gün yeni komandasındakı təqdimat mərasimindən sonra klub saytına açıqlamasında bunları söyləyib:
“Mən bilirəm ki, Rumıniyada futbol yaxşı vəziyyətdədi. Mənim son iş yerim Moldovanın “Milsami” klubu olub. Amma burdakı çempionat Moldova birinciliyindən daha güclüdü. Komandamın uğuru üçün əlimdən gələn hər şeyi edəcəm. Yeni klubumla müqavilənin müddəti 3,5 il nəzərdə tutulub. Bu müddət ərzində rumınlara aid nə varsa, hər şeyi öyrənmək istəyirəm”.