22 fevral 2013 15:16
Avroliqa: 1/8 finalda kim kimə rəqib oldu?
UEFA Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azerisport.az xəbər verir ki, BATE səddini keçən “Fenerbahçe” bu mərhələdə İtaliya “Napoli”sini udan Çexiyanın “Viktoria” klubunu sınağa çəkəcək.
“Neftçi”nin qrup mərhələsində rəqibi olmuş “Milan” “İnter”i “Tottenham” ilə qarşılaşacaq. “Ağ-qaralar”ın digər rəqibi, turnirin son qalibi “Atletico”nu udan “Rubin” “Levante” ilə üz-üzə gələcək. Digər Rusiya təmsilçilərinə gəlincə, “Anji” “Newcastle”, “Zenit” “Bazel” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 7-də, cavab qarşılaşmaları 14-də keçiriləcək.
Avropa Liqası
1/8 final
7-14 mart
Levante (İspaniya) – Rubin (Rusiya)
Basel (İsveçrə) – Zenit (Rusiya)
Steaua (Rumıniya) – Chelsea (İngiltərə)
Viktoria (Çexiya) – Fenerbahçe (Türkiyə)
Tottenham (İngiltərə) – İnter (İtaliya)
Stuttgart (Almaniya) – Lazio (İtaliya)
Benfica (Portuqaliya) – Bordeox (Fransa)
Anji (Rusiya) – Newcastle (İngiltərə)
