22 fevral 2013 15:37
“Karyeramdakı ən maraqlı illəri Azərbaycanda keçirmişəm”
“Simurq”un sabiq baş məşqçisi Roman Pokora müsahibəsində Azərbaycanda çalışdığı günləri xatırlayıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
- 2006-cı ildə siz “Simurq”u çalışdıranda bu klub həmin mövsüm üçün Azərbaycanda əsas tapıntı sayılırdı...
- Biz deyəsən, səkkizinci yeri tutduq. Bütövlükdə mən orda dörd ildən çox vaxt keçirdim. Komandanın əsl sahibi idim. Sponsorlardan heç kim baş məşqçinin işinə müdaxilə etmirdi. Yəni mənə hər cür səlahiyyət verilmişdi ki, komandanı qaldıra bilim. 2010-cu ildə isə Azərbaycanda ən yaxşı baş məşqçi oldum.
- 2008-ci ildə isə komandanız bürünc medal qazandı...
- Bəli. Özü də biz bunu iki tur öncədən rəsmiləşdirmişdik.
- UEFA Kubokundakı çıxışınız isə uğursuz oldu. İsrail klubuna məğlub oldunuz...
- Bəli. Amma daha yaxşı çıxış edə bilərdik. Sadəcə, həmin dövrdə komandada gəncləşdirmə siyasətinə başlanıldı. “Simurq”a çoxlu gənc yerli futbolçular cəlb olundu.
- Həmin “Simurq” Ukrayna Premyer Liqasında çıxış edə bilərdi?
- Demək çətindi. Toplanışlar zamanı Azərbaycan klubları bizimkilərlə bərabər səviyyədə mübarizə aparırlar. Yəqin ki, 12-13-cü yeri tuta bilərdik. Ən yaxşı halda isə ilk onluğa düşərdik.
- Demək çətindi. Toplanışlar zamanı Azərbaycan klubları bizimkilərlə bərabər səviyyədə mübarizə aparırlar. Yəqin ki, 12-13-cü yeri tuta bilərdik. Ən yaxşı halda isə ilk onluğa düşərdik.
- Niyə sizə klubda qalıb, yenə bu komandaya xidmət etmək təklif olunmadı?
- Klubun sponsoru və prezidenti postundan getdi. Belədə, mən də getməli oldum. Növbəti mövsümdə “Simurq” elitanı təkr etməyə yaxın idi. Sadəcə, reqlamentin dəyişməsi komandanın dadına çatdı. Hər şeyə rəğmən, etiraf etməliyəm ki, karyeramdakı ən maraqlı illəri Azərbaycanda keçirmişəm.