22 fevral 2013 15:58
Böyükağa Hacıyev: İnterlə oyun heç də ən vacib görüş deyil
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 21-ci turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Deməzdim ki, bu, bizim ən vacib oyunumuzdu. Ötən mövsüm “Xəzər Lənkəran”la oyunlarımız vacib əhəmiyyət daşısa da, onlar indi ilk altılığa düşmək üçün mübarizə aparırlar. Bizə qarşı bütün komandalar xüsusi köklənirlər. Rəqibə hörmətlə yanaşırıq. “İnter” layiqli rəqibdi, ciddi komandadı. Amma bizim üçün qələbə qazanmaqdan başqa variant yoxdu”.