22 fevral 2013 16:28
Flavinyo: İnterə qol vurmağa çalışacağam
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Topaz Premyer Liqasının 21-ci turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o bu gün baş tutan mətbuat konfransında bunları dilə gətirib:
“İnter” güclü komandadı. Amma bu komandaya uduzmaq bizə pis təsir edəcək. Çünki belə olan halda aradakı xal fərqi də beşə yüksələcək. Buna görə də mütləq qələbə qazanmalı, turnir cədvəlində liderliyi ələ almalıyıq. “İnter”ə qol vurmaq çətindi. Axı rəqib komandanın güclü müdafiə xətti var. Hər şeyə rəğmən, qol vurmağa çalışacağam. Bu komandada 11 nömrəli futbolçunun (Asif Məmmədovu nəzərdə tutur – azerisport.az) oyunu xoşuma gəlir”.