23 fevral 2013 17:15
Qəbələ də rəsmən ilk altılıqda!
Topaz Premyer Liqasında Daha bir komanda ilk “altılığ”a vəsiqəni təmin edib. Azerisport.az xəbər verir ki, bu vəzifənin öhdəsindən “Qəbələ” də gəlib.
Ramiz Məmmədovun başçılıq etdiyi komanda bu gün doğma meydanda “Xəzər Lənkəran”ı qəbul edib və Yannik Kamananın dublu sayəsində qələbə qazanıb. Nəticədə xal hesabını 32-yə çatdıran “Qəbələ” ən yaxın izləyicilərini 5 xal qabaqlayaraq, 22-ci turu gözləmədən ilk “altılığ”a vəsiqəni təmin edib.
Qeyd edək ki, bundan əvvəl “İnter”, “Neftçi”, “Qarabağ” və “Simurq” ilk “altılığ”a vəsiqə qazanmışdı.
Son vəsiqə isə 22-ci turda sahibini tapacaq. Bu, ya “Bakı”, ya da “Xəzər Lənkəran” olacaq.
Son vəsiqə isə 22-ci turda sahibini tapacaq. Bu, ya “Bakı”, ya da “Xəzər Lənkəran” olacaq.
