23 fevral 2013 18:01
Ramiz Məmmədov: Komanda verdiyim tapşırıqların hamısını yerinə yetirdi
Topaz Premyer Liqasının 21-ci turunda “Qəbələ” doğma meydanda “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edərək ilk altılıqda yerini təmin etdi. Azerisport.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Ramiz Məmmədov oyundan sonra matçla bağlı bunları dilə gətirib:
“Komanda verdiyim tapşırıqların hamısını yerinə yetirdi. Qələbəyə görə futbolçularıma minnətdaram. Hamını təbrik edirəm. Bundan sonra qarşıdakı AZAL-la oyunu fikirləşəcəyik”.
“Komanda verdiyim tapşırıqların hamısını yerinə yetirdi. Qələbəyə görə futbolçularıma minnətdaram. Hamını təbrik edirəm. Bundan sonra qarşıdakı AZAL-la oyunu fikirləşəcəyik”.
