23 fevral 2013 18:16
Bakes Qəbələ məğlubiyyətini şərh etdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes Topaz Premyer Liqasının 21-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, ispaniyalı mütəxəssis 0:2 hesablı yenilgini belə şərh edib:
“Gərgin oyun oldu. İlk dəqiqələrdə qol buraxmağımıza baxmayaraq, tədricən oyunda üstünlüyü ələ aldıq. Bir neçə qol imkanı yaratsaq da, bunlardan istifadə edə bilmədik”.
