23 fevral 2013 16:22
Qarabağ 11 oyundu uduzmur
“Qarabağ” uzun müddətdi uduzmur. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Rəvan”la görüşdə məğlubiyyətsiz oyunlar seriyasını 11 çatdırıb.
Komanda sonuncu dəfə 2012-ci ilin 31 oktyabrında “Qəbələ”yə yenilib – 1:2. Həmin vaxtdan 10 çempionat oyununa çıxan “Qarabağ” 7 qələbə qazanıb, 3 heç-heçə edib. Daha bir oyun isə kubokda baş tutub. Bu qarşılaşmada “Qarabağ” “Kəpəz”i yenib.
